Bu yaz özün bir təbiət yarat.

Mədəniyyət Nazirliyi ilə birgə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat” devizi əsasında yaz ağacəkmə aksiyasına “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu da kütləvi ağacəkmə kompaniyasına start vermişdir. Ağacəkmə aksiyası Mədəniyyət Nazirliyi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə təşkil olunur. Aprelin 29-da “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ilə Qarayazı Dövlət təbiət qoruğunun əməkdaşları qoruq ərazisində “İlham Əliyev adına zirvə” ətrafında salınmış yaşlllıq parkı və mağaralara gedən 600 m turist yolunun hər iki tərəfinə ərazinin landşaftına uyğun suya davamlı 600 dən çox şam tingləri əkilmişdir.Tədbir iştirakçıları daha sonra qoruğun zəngin tarixi abidələri ilə yaxından tanış oldular.