Gürcüstanla sərhəd zolağında Sadıxlı məktəbində tədbirimiz.

25 may “Əsrlərin yadigarı” adlı tanıtım layihəmiz 28 May Respublika Günü – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Gürcüstanla sərhəd zolağında yerləşən M.Məmmədov adına Sadıxlı kənd tam orta məktəbində baş tutmuşdur. İlk öncə qoruq əməkdaşları bu əlamətdar gün haqqında məktəblilərə ətraflı məlumat vermişdir. Məktəbdə qurulmuş pavilyonda qoruq ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri sərgilənmiş, pavilyon qoruğun şəkilləri əks olunmuş köynəklər, papaqlar, suvenirlər, qala və məbədin əl ilə daşdan yonulmuş maketləri və diyircəkli qələmlər, qədimiliyi özündə əks etdirən xalçalar, milli ornamentlər, rəsm əsərləri ilə bəzədilmişdir. Monitor vasitəsi ilə qoruq ərazisində aparılmış arxeoloji qazıntılar, ekskursiya, tədbirlər və qoruğun abidələrindən ibarət slayd şou yayımlanmışdır.