Bununla əlaqədar olaraq "Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu “Keşikçidağı tanıdaq” layihəsi adlı tədbirlərə start vermişdir. Ağstafa rayon Mədəniyyət Mərkəzində rayon təhsil işçilərinin sentyabr konfransı keçirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “27 Sentyabr Beynəlxalq Turizm Günü” ilə bağlı olaraq “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən respublikamızda və butün bölgələrdə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən qoruqlarda “açıq qapı” günü elan edilir. Bununla əlaqədar olaraq “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu “Keşikçidağı tanıdaq” layihəsi adlı tədbirlərə start vermişdir. 12.09.2017-ci il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzində rayon təhsil işçilərinin sentyabr konfransı keçirildi. Buraya gələnlərin çoxluğunu nəzərə alaraq Mədəniyyət Mərkəzinin bağçasında “Keşikçidağı tanıdaq” adlı pavilyon qurularaq qoruğu təmsil edən süvenirlər, köynəklər, papaqlar, diyircəkli qələmlər, flayerlər, disklər, qədimiliyi özündə əks etdirən xalçalar, milli ornamentlər, rəsm əsərləri, arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri sərgiləndi, “Qədim yurdun daş kitabəsi” adlı film proyektor vasitəsi ilə göstərildi və konfrans iştirakçılarına pulsuz çay, kofe, sirniyyatlar paylanıldı. Bu tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Rafiq Qəndilov və rayonun təhsil işçiləri, bu il ali məktəblərə yüksək ballarla daxil olmuş məzunlar iştirak edirdi. Rəsmi qonağa Keşikçidağı təmsil edən hədiyələrdən ibarət çanta təqdim olundu və tədbirimiz rayon ictimaiyyətinin və konfrans iştirakçılarının diqqətini cəlb etdi.

Spread the love