Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi, Türk Animasiya Assosiasiyası və digər kino və animasiya qurumlarının birgə təşkilatçılığı ilə 2-3 oktyabr 2024-cü il tarixində “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı çərçivəsində Bakı Heydər Əliyev Mərkəzində “Baku Cinema Breeze 24” adlı sərgi təşkil olunmuşdur.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi, Türk Animasiya Assosiasiyası və digər kino və animasiya qurumlarının birgə təşkilatçılığı ilə 2-3 oktyabr 2024-cü il tarixində “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı çərçivəsində Bakı Heydər Əliyev Mərkəzində “Baku Cinema Breeze 24” adlı sərgi təşkil olunmuşdur. Bu mötəbər tədbirdə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən digər qoruqlarla yanaşı “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu da öz sərgisi ilə çıxış etmişdir. Sərgidə qoruq ərazisində arxeoloji qazıntılar zamanı aşkar edilmiş artefaktlar və qoruğa məxsus çap məhsulları nümayiş olunmuşdur. Sərgidə qoruq əməkdaşları tərəfindən yerli və xarici qonaqlara eksponatlar haqqında ətraflı məlumat verilmişdir. Bu artefaktlar içərisində Mitanni İmperiyasına məxsus olduğu ehtimal edilən steatit daşından hazırlanmış silindrik möhür, o cümlədən tuncdan qılınc və skif ox ucluqları xüsusi marağa səbəb olmuşdur. Bu tuncdan qılınc və skif ox ucluqları Cənubi Qafqazda nadir hesab edilən tapıntılardandır.

Spread the love