Qoruq ərazisindəki abidələrin təbliğ olunması məqsədilə qoruq mütəmadi olaraq yerli və beynəlxalq konfranslarda iştirak edir. Buna müvafiq olaraq qoruğun böyük elmi işçisi Fazilə Hüseynova 28 oktyabr 2022-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən “Mədəni irsin qorunmasının aktual problemləri” adlı beynəlxalq elmi-praktiki konfransda “Keşikçidağda tarixi irsimizin gələcəyə ötürülməsi” adlı məqalə ilə iştirak etmişdir. Məqalə “Beynəlxalq elmi-praktik konfransın materialları” adlı topluda çap edilmişdir. Sonda konfrans təşkilatçıları tərəfindən əməkdaşımıza Sertifikat təqdim olunmuşdur.