Bu tarixi maddi-mədəniyyət nümunəsi Keşikçidağ kurqanlar vadisi, Sarıyoxuş dərəsi 2 saylı kurqandan tapılmışdır. Qara rəngli, orta ölçülüdür, yaxşı cilalanmamışdır. Nisbətən şar gövdəlidir. Gövdənin yuxarı hissəsini iki düz xətt haşiyələyir. Ağzı kənara qatlanmış, kiçik oturacaqlıdır. Hündürlüyü 27sm, gövdənin diametri 26,5sm, boğazının diametri təxminən 13sm, boğazının hündürlüyü isə 3sm-dir.