
Keşikçidağ mağaralar kompleksində bitən acı yovşan, ən qədim müalicəvi bitkilərdən biri hesab olunur. Azərbaycan Respublikasında yovşanın 16 növü yayılmışdır. Acı yovşan əsasən dağlarda bitir və dadı olduqca acıdır.
“Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır.