On April 18, in connection with the "International Day for Monuments and Sites", a round table was organized in the administrative building of the "Keshikchidagh" State Historical-Cultural Reserve with the participation of leading scientific researcher of the Institute of Archaeology and Anthropology of ANAS, PhD in History, Associate Professor Shamil Najafov, Doctor of Historical Sciences Zaur Hasanov, scientific researcher Ulviyya Safarova, scientific researcher Narmin Mammadli, junior scientific researcher Narmin Bayramova, restoration artist Seymur Farmanli, head of the Department of Ancient Near Eastern Studies of the Julius Maximilians University of Würzburg, Germany, Professor-Doctor Martin Gruber, Sena Baskin, Diana Kallrath.

18 Aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar AMEA Arxeologiya və Antropoligiya İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov, tarix elmləri doktoru Zaur Həsənov, elmi işçi Ülviyyə Səfərova, elmi işçi Nərmin Məmmədli, kiçik elmi işçi Nərmin Bayramova, bərpaçı rəssam Seymur Fərmanlı, Almaniyanın Würzburg Julius Maximilians Universitetinin Qədim Yaxın Şərq Tədqiqatları kafedranın müdiri, professor-doktor Martin Gruber, Sena Baskın, Diana Kallrathın iştirakı ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında dəyirmi masa təşkil olunmuşdur. Mütəxəssislər ilk öncə qoruq ərazisindən aparılmış elmi tədqiqat və arxeoloji qazıntı işləri nəticəsində aşkarlanmış maddi-mədəniyyət nümunələrindən ibarət müasir tipli stendlə tanış olmuşlar. Dəyirmi masada ilk öncə qoruğun direktoru Musa Mursaquliyev çıxış edərək tarixi abidələrin qorunmasından, gələcəkdə qoruq ərazisində nəzərdə tutulan arxeoloji qazıntı işlərindən, istifadə ediləcək metodlar və əməkdaşlıq imkanlarından bəhs etmişdir. Daha sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov Keşikçidağ Kurqanlar Vadisində aparılmış arxeoloji qazıntılardan, AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi Ülviyyə Səfərova bölgəmizdə yerləşən tarixi abidələrdə, və Almaniyanın Würzburg Julius Maximilians Universitetinin Qədim Yaxın Şərq Tədqiqatları kafedranın müdiri, professor-doktor Martin Gruber Dağ Kəsəmən kəndi ərazisində yerləşən Ağalıqtəpə yaşayış məskənində aparılan elmi tədqiqat və arxeoloji qazıntı işlərindən bəhs etmişlər.


Spread the love