2023-cü ilin mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycanın qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur.

2023-cü ilin mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycanın qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Məhz buna görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli, 3494 saylı sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü il”Heydər Əliyev ili” elan edilmişdir.
Ölkəmizdə o cümlədən Ağstafa rayonunda “Heydər Əliyev ili” bağlı silsilə tədbirlər həyata keçirilir. 13 aprel 2023-cü il tarixində Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının, rayon Gənclər və İdman İdarəsinin, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və Heydər Əliyev Mərkəzinin birgə iştirakı ilə “Mən fəxr edirəm ki azərbaycanlıyam” adlı tədbir keçirilmişdir. Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaq uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra natiqlər həyatının böyük hissəsini vətəninə torpağına, xalqına həsr etmiş dahi şəxsiyyət Heydər Əliyev haqqında ətraflı məlumat vermişlər.

Spread the love