Şuşanın inciləri
Şuşa hamamlarından biri olan Şirin su hamamı 1878-1880-ci illərdə Xurşidbanu Natəvanın sifarişi ilə tikilib. Hamamın memarı Kərbəlayi Səfixan Qarabağidir. Hamam Natəvanın 1873-cü ildə Şuşaya çəkdirdiyi içməli su ilə fəaliyyət göstərdiyinə görə “Şirin su hamamı” adlandırılıb. Hamam həftənin tək günlərində kişilərə, cüt günlərində isə qadınlara xidmət edərmiş. 2001-ci ildən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli Qərarı ilə hamam ölkə əhəmiyyətli tarixi abidə kimi qeydə alınıb.