Şuşanın inciləri....

İki mərtəbəli karvansaray

Karvansaray  XIX əsrdə Şuşada inşa edilmişdir. Şuşanın Şeytan Bazar adlanan hissəsində mehmanxana tipli və iki mərtəbəli tikilidir. XIX əsrin ikinci yarısında (1888-1889) Məşədi Hüseyn Mir Səyyaf oğlu Hacı Əmiraslan bəyin karvansarasını almış və onu sökərək yerində inşa etdirmişdir. Bu üzdən karvansara xalq arasında Hacı Səyyaf oğlu karvansarası kimi də tanınırdı. Məşədi Hüseyn vəfat edəndən sonra oğlanları Qəhrəman və Məşədi Şükür karvansaranı şərikli işlətməyə başlayırlar. Bu karvansara istər böyüklüyünə, istərsə də memarlıq üslubuna görə, şəhərdəki digər karvansaralardan seçilir.

 
 
 
 
 
 
 
 
 

Spread the love