“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun həyata keçirdiyi layihə çərçivəsində Ağstafa rayonunun Qırlı kəndindən olan şəhidimiz Əmrahov Emin Əvəz oğlunun ailəsini ikinci dəfə ziyarət etdik. Dövlət tərəfindən şəhidimizin ailəsi üçün inşa edilmiş evində son tamamlama işləri görülür. Tankçı olan hərbçimiz Xocavəndin azad olunması uğrunda şəhid olmuşdur. Şəhidimizin 2 oğlu, 2 qızı Vətənə əmanət qalmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Emin Əmrahov ölümündən sonra “Vətən uğrunda”,”Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Allahdan şəhidimizə rəhmət, ailəsinə səbir diləyirik.