27 Sentyabr – Anım Günü münasibətilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları Ağstafa rayonunun Saloğlu kəndindən olan şəhid ailələrini ziyarət ediblər.

Ziyarət zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin ailə üzvləri ilə görüşülüb, onların xatirələri dinlənilib. Qoruq əməkdaşları şəhidlərin məzarlarını ziyarət edərək məzarları önünə tər qərənfillər düzüb, onların əziz xatirəsini dərin ehtiram və hörmətlə yad ediblər.

Spread the love