Bu istiqamətdə keçirilən məşğələlər və AutoCAD proqramının rəqəmsal memarlıq sənədləşdirilməsində tətbiqi barədə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, rəqəmsal memarlıq və bərpa-mühafizə üzrə mütəxəssis Hilal Beydemir danışır.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda nəzəri və praktiki təlimlər çərçivəsində iştirakçılar rəqəmsal memarlıq və sənədləşdirmə üsulları üzrə praktiki biliklər əldə ediblər.
Təlimin praktiki hissəsində tarixi və memarlıq irsinin rəqəmsal şəkildə sənədləşdirilməsi, ölçülərin və məlumatların dəqiq şəkildə işlənməsi, həmçinin AutoCAD proqramından istifadə etməklə plan və çertyojların hazırlanması istiqamətində praktiki məşğələlər keçirilib.
Bu istiqamətdə keçirilən məşğələlər və AutoCAD proqramının rəqəmsal memarlıq sənədləşdirilməsində tətbiqi barədə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, rəqəmsal memarlıq və bərpa-mühafizə üzrə mütəxəssis Hilal Beydemir danışır.

Spread the love