Zəfər bağı

Zəfər bağı
“Zəfər bağı” – “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən yaradılmış xüsusi xatirə məkanıdır. Bu bağ Ali Baş Komandanın rəhbərliyi ilə aparılan və 44 gün davam edən Vətən Müharibəsində qəhrəmancasına canlarını fəda edərək şanlı tarix yazmış şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınmışdır. Burada badam ağacının seçilməsi təsadüfi deyildir. Çünki Ceyrançölün iqlimi və təbii şəraiti – quraqlıq, düzənlik relyef və su qıtlığı – möhkəm və dözümlü bitkilərin yetişdirilməsini tələb edir. Badam ağacı isə həm həyat gücünü, həm davamlılığı, həm də yenidənqurma rəmzini özündə cəmləyərək şəhidlərin iradəsini və yenilməz ruhunu simvolizə edir.
Qoruğa məxsus informasiya mərkəzinin ətrafında salınmış “Badam bağı” daim əməkdaşların nəzarətindədir, mütəmadi olaraq suvarılır və xüsusi qulluq olunur. Dünyanın bir çox ölkəsində sevilən və geniş şəkildə əkilən badam ağacının ucsuz-bucaqsız Ceyrançöl torpağında kök atması həm təbiətə uyğunlaşmanın göstəricisi, həm də şəhidlərin əziz xatirəsinə sədaqətin nişanəsidir.
Bu bağda hər il şəhidlərin ildönümlərində, həmçinin ordu və əsgərlərimizlə bağlı əlamətdar günlərdə yeni badam ağacları əkilir.

Spread the love