Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə bölgəmizdə aparılan arxeoloji qazıntılarda “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları daim iştirak edir və bu sahədə qarşılıqlı təcrübə mübadiləsi aparılır.
30 avqust 2024-cü il tarixində “Keşikçidağ “Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və kollektivi “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisində aparılmış arxeoloji qazıntıların yekunlarına dair keçirilmiş elmi seminarda iştirak etmişlər.