Belə ki, bu tədqiqatlar nəticəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində, Candar gölündən 950 metr cənubda, dəniz səviyyəsindən 320 metr yüksəklikdə Paleolit dövrünə aid şərti olaraq “Candar göl paleolit emalatxanası” adlandırdıqları ərazi aşkarlanmışdır.
Qoruq ərazisində arxeoloji qazıntı aparan daş dövrü üzrə alimlər Qarabağda yerləşən Azıx və Tağlar mağarası istiqamətində tədqiqatlara başladığı üçün qoruq tərəfindən həyata keçirələn bu elmi tədqiqat və arxeoloji qazıntı işlərinini ikinci mərhələsinə bu ilin sentyabr ayında başlanılması nəzərdə tutulur. Həmçinin bu tədqiqatlara xarici, o cümlədən Rusiya Elmlər Akademiyasının daş dövrü üzrə mütəxəssislərin cəlbi də gözlənilir.