Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru və “Gənc mədəniyyət kordinasiya kreativ qrupunun” nümayəndələri Ağstafa rayon Yeni Azərbaycan Partiyasının binasında rayonun gəncləri ilə görüş keçirib. Görüşdə Ağstafa ilə yanaşı Qazax,Tovuz, Şəmkir, Gədəbəy rayon Mədəniyyət və Turizm şöbələrinin əməkdaşları da iştirak etmişlər.

13 may 2017-ci il tarixində  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru və “Gənc mədəniyyət kordinasiya kreativ qrupunun” nümayəndələri Ağstafa rayon Yeni Azərbaycan Partiyasının binasında rayonun gəncləri ilə görüş keçirib. Görüşdə Ağstafa ilə yanaşı Qazax,Tovuz, Şəmkir, Gədəbəy rayon Mədəniyyət və Turizm şöbələrinin əməkdaşları da iştirak etmişlər. Bu regional iclasda əsas məqsəd Mədəniyyət və Turizm Nazirliyin nəzdində Elmi-Metodiki Mərkəz tərəfindən müvafiq sorğuların aparılması, dövrü mətbuatın və internet resuslarının təhlili, Nazirliyin və Mərkəzin fəaliyyətinin təbliği, təbliğat proqramlarının hazırlanması, mətbuat nümayəndələri ilə işin təşkili məsələləridir. Bu tədbirdə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları da iştirak etmişdilər.

Spread the love