Azərbaycan arxeologiyasında iz qoyacaq artefaktlarımız

Sarıyoxuş dərəsi, 2 saylı kurqandan aşkarlanmış qara cilalı , kiçik ölçülü küp tam fraqmentləşmiş halda tapılmışdır. Xarici səthi yaxşı hamarlanmış, ağız hissəsinin kənarları yuvarlaq olub xaricə qatlanmışdır. Çiyin və gövdə hissəsində 2 düz xətt haşiyələnmişdir və bu düz xətlərin arasında şaquli- üfüqi düz xətlər çəkilmişdir. Hündürlüyü 20sm, gövdəsinin dia.m 22sm, ağız hissəsinin dia.m 11, 5 sm-dir.