Qoruğumuzun florasından Yabanı Kətan

Keşikçidağ mağaralar kompleksinin yaz aylarında bitən maraqlı bitki növlərindən biri də kətandır. Mədəni kətan bitkisi asanlıqla yabanı formaya keçir. Bəzi məlumatlara görə, mədəni kətanın ilk əkin sahələrinin Yaxın Şərq, Qafqaz (Azərbaycan), Avropa və Asiya ölkələri olduğu qeyd edilir. Bu bölgələrdə aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilən kətan qalıqlarına əsaslanaraq alimlər onun Daş dövründə becərildiyini bildirirlər.

Spread the love