Qoruğumuzun nadir incilərindən

Kiçik ölçülü su bardağı.

Keçikçidağ mağaralar kompleksinin dulusçuluq məmulatının aparıcı sahəsi kimi daha çox məişət saxsılarından söhbət açmaq olar. Tünd boz rəngdə olan, bu kiçik ölçülü su bardağının hazırlanmasında narın qum və gil qarşığından istifadə olunmuşdur. Bikonik gövdəyə malikdir, oturacaqdan gövdəyə tərəf genişlənir, gövdədən boğaza tərəf daralır. Ağız hissəsi kənara tərəf əyrintilidir, tayqulpdur, ağız və qulp hissəsinin sınığı vardır. Bu saxsı məhsulları e.ə. II minilliyə aid edilir və məişət təyinatlıdır. Bardağın hündürlüyü 8 sm, gövdəsinin diametri 7 sm, ağzının diametri isə 2.5 sm-dir.