Qoruğumuzun nadir incilərindən

Keşikçidağın daş məmulatı.

Keşikçidağın ən çox maraq doğuran daş tapıntılarından biri də uğur talismanları- amuletlərdir. Belə ehtimal olunur ki, qədim dövrlərdə bu daş məmulatı dini-mifoloji mahiyyət daşıyıb. Belə ki, sahibi bu daşın ona uğur gətirdiyinə və təsir edə biləcək şər qüvvələrdən qoruyacağına inanmışdır. Bənzərlərinə dünyanın hər yerində rast gəlinən bu artefaktlar təbii çay daşından hazırlanmışdır və daş dövrünə aid edilir. Müxtəlif formaya malik olan 1-ci amuletin diametri 18 sm, iki tərəfli deşik hissəsinin diametri 4,5 sm-dir; 2-ci amuletin diametri 13,5 sm, iki tərəfli deşik hissəsinin diametri isə 4 sm-dir.