Keşikçidağın daimi sakinləri.

11 Fevral Yaşadığımız dünya çox gözəldir. O, həm də əsrarəngiz və maraqlıdır. Heyvanlar aləmi müəyyən ərazidə bir neçə heyvan növünün uzun müddət ərzində yaranmış və formalaşmış toplusudur. Özünə məxsus fauna kompleksi olan Keşikçidağ ərazisində də heyvanlar aləmi çox rəngarəngdir. Keşikçidağ mağaralar kompleksinin faunası külli miqdarda məməlilər, sürünənlər, çoxsaylı oturaq və köçəri quşlarla zəngindir. Keşikçidağ mağaralar kompleksində diqqət çəkən canlılardan biri də tısbağalardır. Tısbağalar ümumiyyətlə yer kürəsinin ən qədim heyvanlarından hesab olunurlar. Tısbağalar suda və quruda yaşayan olmaqla iki yerə bölünürlər. Qoruq ərazisində rast gəlinən tısbağalar adətən quruda yaşayan tısbağa növünə aid edilir. Tısbağa həm qədim, həm də ən uzunömürlü heyvandır. Alimlərin araşdırmalarına görə tısbağalar təqribən 200-300 il ömür sürürlər və heç vaxt çanaqlarını dəyişmirlər. Qoruq ərazisində yaşayan tısbağalar burada bitən bitkilərlə qidalanırlar və yumurta qoymaqla çoxalırlar. Tısbağa balaları yumurtadan çıxan andan sərbəst həyat sürməyə başlayırlar. Balalar əvvəl çox sürətlə böyüyürlər. Sonra sürət tədricən azalır. Amma maraqlısı budur ki, böyümə bütün həyatları boyu davam edir.