Muğanlı kəndində keçirdiyimiz tədbir.

11 may Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 95-ci ildönümünə həsr olunmuş “Əsrlərin yadigarı” adlı tanıtım layihəmiz rayonun 30- dan çox şəhər və kənd orta məktəblərində təşkil edilmişdir. Qoruq ərazisində yerləşən abidələrimizin qorunması, öyrənilməsi və tanıdılması məqsədilə keçirilən layihəmizin sonuncu ünvanı F.Kərimov adına Muğanlı kənd tam orta məktəbi oldu.Məktəblərdə qurulmuş pavilyonda qoruq ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri sərgilənmiş, qoruğun şəkilləri əks olunmuş köynəklər, papaqlar, suvenirlər, qala və məbədin əl ilə daşdan yonulmuş maketləri və diyircəkli qələmlər, qədimiliyi özündə əks etdirən xalçalar, milli ornamentlər, rəsm əsərləri ilə bəzədilmişdir. Monitor vasitəsi ilə qoruq ərazisində aparılmış arxeoloji qazıntılar, ekskursiya, tədbirlər, və qoruğun abidələrindən ibarət slayd şou yayımlanmışdır. Tədbirdə “Qədim Yurdun Daş Kitabəsi” adlı filmin diski, buklet, flayer və diyircəkli qələmlər şagirdlərə hədiyyə verilmişdir.Təşkil etdiyimiz tədbirlər silsiləsi müəllim və şagird kollektivinin marağına səbəb olmuşdur.

Spread the love