Qoruq yarandığı gündən etibarən ərazidə aparılan elmi-tədqiqat və arxeoloji qazıntı işləri son illər geniş vüsət almış, zəngin maddi-mədəniyyət nümunələri əldə olunmuşdur.

Qoruq yarandığı gündən etibarən ərazidə aparılan elmi-tədqiqat və arxeoloji qazıntı işləri son illər geniş vüsət almış, zəngin maddi-mədəniyyət nümunələri əldə olunmuşdur.
Cari ilin iyul-avqust aylarında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə Candar gölündən 950 m cənubda Candargöl və Keşikçidağ Kurqanlar Vadisində yerləşən Sarısoy kurqanlarında arxeoloji qazıntı, o cümlədən elmi tədqiqat işləri aparılmışdır. Ərazidə aparılan tədqiqatların birinci mərhələsi artıq yekunlaşmışdır. Arxeoloji qazıntılar nəticəsində əldə olunmuş artefaktlar Azərbaycan Respublikasının Baş Nazirinin 19 sentyabr 2008-ci il tarixli 220 saylı qərarının 2.1.8 və 2.1.9 bəndinə əsasən qoruğun fonduna daxil edilir. Bu maddi-mədəniyyət nümunələrinin arxeoloqların rəyinə əsasən təhvil-təslim və daxili aktı tərtib olunaraq ölçüləri götürülür. Sonda artefaktların fotoşəkilləri çəkilərək pasportlaşması həyata keçirilir.

Spread the love