İnformasiya mərkəzi

“Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən abidələrin 3 istiqamətdə bölündüyü nəzərə alaraq Ceyrançöldə müasir tələblərə uyğun şəkildə inzibati bina xarakterli konteynerlərdən ibarət informasiya mərkəzi yaradılmışdır. Bu mərkəzin fəaliyyətinin əsas məqsədi qoruq haqqında ziyarətçilərə ətraflı məlumat vermək, həmçinin ərazidə aparılmış elmi-tədqiqat işlərinin nəticələrini ictimaiyyətə təqdim etməkdir.
İnformasiya mərkəzində xüsusi olaraq qoruq ərazisindən aşkarlanmış maddi-mədəniyyət nümunələrindən ibarət stend qurulmuşdur. Burada ziyarətçilər qədim dövrlərə aid müxtəlif tapıntılarla yaxından tanış ola, onların elmi və mədəni əhəmiyyətini öyrənə bilirlər.
Qoruğa məxsus informasiya mərkəzinin ətrafında ərazinin təbii landşaftına uyğun şəkildə badam ağacları əkilərək “Badam bağı” salınmışdır. Bu təşəbbüs həm ətraf mühitin yaşıllaşdırılmasına, həm də ekoloji mühitin qorunmasına xidmət edir.
Bundan əlavə, informasiya mərkəzinin ətrafında yağış sularının toplanması məqsədilə qaltan daşlarından ibarət xüsusi su hovuzu tikilmişdir.

Spread the love