“Keşikçidağ” qoruğu beynəlxalq konfransda təmsil olunub

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun müxtəlif beynəlxalq konfranslarda iştirakı təmin edilir. Bu günlərdə qoruğun baş elmi işçisi, tarix elmləri namizədi, Bakı Dövlət Universitetinin dosenti Yunis Nəsibli Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Mədəni irsin qorunması kontekstində muzeylər və bərpa: müasir dövrün aktual çağırışları” adlı konfransda iştirak edib. Yunis Nəsibli konfransda “Mədəni irsin təbliğatında əldə olunmuş nailiyyətlər və Gürcüstanla sərhəd bölgələrində yerləşən tarixi abidələrin qorunması və istifadə edilməsi sahəsində əməkdaşlığın qurulması” adlı məruzə ilə çıxış edib. Məruzəçi həmçinin konfransdakı Gürcüstanın nümayəndə heyəti üzvlərinin ona ünvanlanan suallarına ətraflı cavab verib. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Spread the love