9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında elmi-ictimai xarakterli dəyirmi masa keçirilmişdir. Tədbirdə qoruğun rəhbərliyi və əməkdaşları çıxış edərək qeyd etmişlər ki, Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan xalqının müstəqillik və dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyır. Çıxışlarda vurğulanmışdır ki, üçrəngli bayrağımız — Azərbaycançılıq ideologiyasının, milli birliyin və dövlət suverenliyinin parlaq rəmzidir. Qoruğun rəhbərliyi və əməkdaşları həmçinin bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi sayəsində bu gün Azərbaycan bayrağı dünyanın müxtəlif guşələrində qürurla dalğalanır. Dövlət atributlarına hörmət və onların təbliği milli-mənəvi dəyərlərin qorunması baxımından böyük ictimai əhəmiyyət kəsb edir.
