12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında dəyirmi masa keçirilmişdir.

12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında dəyirmi masa keçirilmişdir. Dəyirmi masada qoruğun direktoru Musa Mursaquliyev çıxış edərək qeyd etmişdir ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin dövlət müstəqilliyinin möhkəmləndirilməsində, hüquqi-demokratik dövlətin formalaşmasında mühüm tarixi mərhələ olmuşdur. Həmçinin dəyirmi masada vurğulamışdır ki, müasir Azərbaycan Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təminatçısı olmaqla yanaşı, dövlətin hüquqi-siyasi əsaslarını müəyyən edir və milli inkişafın strateji istiqamətlərini ehtiva edir.

Spread the love