17 Noyabr “Dirçəliş Günü” münasibətilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında dəyirmi masa təşkil edilmişdir.

17 Noyabr “Dirçəliş Günü” münasibətilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masada qoruğun direktoru Musa Mursaquliyev çıxış edərək bildirmişdi ki, 17 Noyabr Azərbaycan xalqının milli özünüdərk prosesində mühüm mərhələ olmaqla, ölkəmizin dövlətçilik ənənələrinin bərpasında strateji tarixi əhəmiyyət daşıyır. Həmçinin qoruq rəhbərliyi vurğulayıb ki, bu günün qeyd olunması milli kimliyin möhkəmlənməsi, azərbaycançılıq ideyalarının genişləndirilməsi və tariximizin gənc nəsil arasında daha dərindən təbliği baxımından xüsusi önəm kəsb edir.

Spread the love