“Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi – 5” layihəsi çərçivəsində aparılan tədqiqatlar zamanı “Yovşanlıdərə” kurqanlarında fraqmentlər şəklində çoxsaylı saxsı məmulat nümunələri aşkar edilmişdir.
Əldə olunmuş saxsı fraqmentlərin ilkin arxeoloji təhlili onların müxtəlif dini ritual və məişətdə istifadə məqsədilə hazırlanmış olduğunu göstərir. Hazırda bu tapıntıların bərpa prosesi “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşı tərəfindən həyata keçirilir və qoruğun fonduna daxil edilir.
Bu proses qədim maddi-mədəni irsimizin öyrənilməsi və qorunması baxımından mühüm əhəmiyyət daşıyır.




