19–22 iyun 2025-ci il tarixlərində Şəki şəhərində keçirilmiş 7 Beynəlxalq Bəxtiyar Vahabzadə Türk Dünyası Dil, Tarix, Mədəniyyət və Ədəbiyyat Konfransı çərçivəsində (“Bəxtiyar Vahabzadə: Vətənpərvərlik və Millilik” mövzusunda) tanınmış alimlər, tədqiqatçılar və mütəxəssislər bir araya gəlmişdir.
Konfransda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev və qoruğun əməkdaşı Unnab Paşşanova “Keşikçidağ – Müxtəlif Mədəniyyətlərin Kəsişdiyi Məkan” adlı elmi məqalə ilə çıxış etmişlər. Məruzədə Keşikçidağın tarixi, arxeoloji və mədəniyyətlərarası əhəmiyyəti elmi əsaslarla təqdim olunmuş, regionun çoxqatlı mədəni təbəqələri və tarixi irsi diqqətə çatdırılmışdır. Konfransın sonunda qoruğun rəhbərliyi və əməkdaşına iştiraklarına görə sertifikatlar təqdim olunmuşdur.




