23.06.2025- ci il tarixində “Keşikçidağda elmi arxeoloji qazıntılar və yay məktəbi 5” layihəsi çərçivəsində Ağstafa rayonunun ümumtəhsil müəssisələrində fəaliyyət göstərən tarix müəllimlərinin “Yovşanlıdərə” kurqanlarına maarifləndirici ekskursiyası təşkil olunmuşdur.

Ekskursiyanın məqsədi müəllimlərin regionun tarixi-mədəni irsi ilə daha yaxından tanışlığına şərait yaratmaq və arxeoloji biliklərini təcrübə əsasda zənginləşdirmək olmuşdur. Tədbir zamanı iştirakçılar ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi-mədəniyyət nümunələri ilə yerindəcə tanış olmuş, bu artefaktların mənşəyi, xronologiyası və yayılma arealları barədə ətraflı məlumat əldə etmişlər. Bundan əlavə, ekskursiya çərçivəsində müəllimlər arxeoloji işləri aparan mütəxəssislərlə birbaşa fikir mübadiləsi aparmaq imkanı qazanmış, bölgənin tarixi əhəmiyyəti və kurqan mədəniyyətinin tədqiqinə dair aktual elmi yanaşmalarla tanış olmuşlar. Bu cür tədbirlər pedaqoji heyətin peşəkar inkişafına töhfə verməklə yanaşı, regionda yerləşən zəngin arxeoloji irsin təbliğinə və qorunmasına yönəlmiş maarifləndirmə işlərinin də vacib tərkib hissəsidir.

Spread the love