25.06.2025- ci il tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən Ağstafa rayon ümumtəhsil müəssələrinin şagirdləri arasında “Keşikçidağda tarixin izləri” adlı esse müsabiqəsinin iştirakçılarının və qaliblərin mükafatlandırılması çərçivəsində tədbir həyata keçirilmişdir.

25.06.2025- ci il tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən Ağstafa rayon ümumtəhsil müəssələrinin şagirdləri arasında “Keşikçidağda tarixin izləri” adlı esse müsabiqəsinin iştirakçılarının və qaliblərin mükafatlandırılması çərçivəsində tədbir həyata keçirilmişdir.”Ağstafa Gənclər Evi ” Sosial Xidmət Müəssisəsində təşkil olunmuş tədbirin keçirilməsində əsas məqsəd bölgəmizin və qoruğumuzun tarixi abidələri haqqında məlumatlılığı artırmaq, gənc nəslə tarixi və mədəni irsimizi təbliğ etməkdir. Müxtəlif yaş kateqoriyalarından olan şagirdlərin bölgənin irsi və Keşikçidağ qoruğunun ərazisində yerləşən abidələr haqqında yazdığı esselər münsiflər heyəti tərəfindən yoxlanılmışdır.AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfovun, İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vaqif Əsədovun, “Avey” Dövlət tarix- mədəniyyət qoruğunun direktoru, pedogika üzrə fəlsəfə doktoru Səadət Əliyevanın olduğu münsiflər heyəti tərəfindən esselər arasında seçim edilmiş, 1- ci, 2- ci və 3-cü yer üzrə qalib elan olunmuş, onların mükafatlandırılması isə “Keşikçidağ da elmi arxeoloji qazıntılar və yay məktəbi -5″ layihəsinin sonlarına həsr olunmuş elmi-praktiki seminar da təqdim ediləcəyi qeyd edilmişdir. Həmçinin müsabiqədə iştirak edən bütün məktəblilərə ” Keşikçidağ” Dövlət tarix- mədəniyyət qoruğu tərəfindən iştirakçı sertifikatı və kiçik hədiyyələr təqdim edilmişdir.

Spread the love