Elan:

Elan:
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən Ağstafa rayon ümumtəhsil müəssisələrinin şagirdləri arasında
✍️ “Keşikçidağda tarixin izləri” adlı esse müsabiqəsi keçiriləcəkdir.
Müsabiqənin məqsədi:
Bölgəmizin və qoruğumuzun tarixi abidələri haqqında məlumatlılığı artırmaq, gənc nəslə tarixi və mədəni irsimizi təbliğ etməkdir.
Müsabiqə aşağıdakı kateqoriyalar üzrə keçirilir:
1️⃣ 5–6-cı sinif şagirdləri
2️⃣ 7–8-ci sinif şagirdləri
Esse üçün tələblər:
Mövzu:
Bölgənin ️ irsi və Keşikçidağ qoruğunun ərazisində yerləşən ️ abidələr
Həcmi:
Minimum 200, maksimum 300 söz
Dil:
️ Azərbaycan dili
Təqdim forması:
Kompüterdə yazılmış və ya ✍️ aydın əl yazması ilə təqdim oluna bilər
Təqdim tarixi:
15 may 2025 – 05 iyun 2025
Esselərlə birlikdə aşağıdakı məlumatlar qeyd olunmalıdır:
İştirakçının adı, soyadı
Sinfi
Məktəbi
Əlaqə nömrəsi
️ Mükafatlandırma:
Hər yaş qrupu üzrə
I yer – Diplom + Hədiyyə
II yer – Diplom + Hədiyyə
III yer – Diplom + Hədiyyə
️ Seçilmiş esselər qoruğun sosial şəbəkə səhifələrində paylaşılacaqdır.
Esselər “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun inzibati binasına təqdim edilməlidir.
Ünvan: Ağstafa şəhəri, H.Əliyev prospekti, 10.

Spread the love