18 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin təşkilatçılığı ilə 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Abidələr və tariximizin öyrənilməsində onların əhəmiyyəti” mövzusunda gənc tədqiqatçıların respublika elmi konfransı keçirilmişdir. Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanovun, Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanovun, professor-müəllim heyəti, doktorant, magistrant və tələbələri, eləcə də müxtəlif elm-təhsil müəssisələrindən olan qonaqlarının iştirak etdiyi konfransda “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev 18 Aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” və qoruğun əməkdaşı İsmayıl Omarlı “Keşikçidağın arxeoloji potensialı və elmi əhəmiyyəti” adlı məqalə ilə çıxış etmişlər. Konfransın sonunda qoruq rəhbərliyi və əməkdaşımıza sertifikat verilmişdir.





