Flint Arrowheads

Adı: Çaxmaq daşı ox ucluqları
Aşkarlandığı yer və tarixi: “Keşikçidağ” kurqanlar vadisi – Qarasoy kurqan-1 09.2023
Dövrü: Son tunc – erkən dəmir – Xocalı- Gədəbəy mədəniyyəti
Saxlandığı yer: “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun fondu
Keşikçidağ ərazisində aparılan arxeoloji qazıntılarda tapılan çaxmaq daşından hazırlanmış ox ucluqları xüsusilə fərqlənir belə ki, burada qədim insanların ovçuluq və döyüş strategiyaları haqqında vacib məlumatlar verir. Bu çaxmaqdaşları yerli yataqları Azərbaycanda olmaqla yanaşı, həm də ticarət yolları ilə gətirilmişdir. Çaxmaq daşı qədim dövrlərdən bəri müxtəlif kəsici alətlərin, o cümlədən silahların hazırlanmasında geniş istifadə edilən materiallardan biri olub. Çaxmaq daşı, əsasən silisium dioksiddən (SiO₂) ibarət olan sərt və qırılqan materialdır. O, təbiətdə müxtəlif çay yataqlarında və dağ süxurlarında tapıla bilər. Boz, qəhvəyi, qara, bəzən açıq sarı və qırmızı çalarlar göstərə bilər. Çaxmaq daşı müəyyən formaya salınaraq kənarlarından vurulurdu ki, iti kənarlar əldə edilsin. Keşikçidağdan tapılmış çaxmaq daşı ox ucluqları, bölgənin qədim insanlarının ovçuluq, döyüş və texnoloji bacarıqları haqqında dəyərli məlumatlar təqdim edir. Bu tapıntılar, həmçinin Qafqazın erkən mədəniyyətlərinin inkişafı və onların digər bölgələrlə əlaqələri haqqında vacib elmi ipucları verir.

Name: Flint Arrowheads
Place and Date of Discovery: “Keshikchidagh” Kurgan Valley – Garasoy Kurgan-1
September 2023.
Period: Late Bronze – Early Iron Age, Khojaly-Gadabay Culture
Storage Location: Fund of the “Keshikchidagh” State Historical-Cultural Reserve
The flint arrowheads discovered during archaeological excavations in the Keshikchidagh area stand out as significant artifacts, providing crucial insights into the hunting and warfare strategies of ancient societies. These flints were sourced both from local deposits in Azerbaijan and through trade routes. Flint has been one of the most widely used materials for crafting various cutting tools and weapons since ancient times. It is a hard and brittle material composed primarily of silicon dioxide (SiO₂). Naturally found in riverbeds and rock formations, flint occurs in shades of gray, brown, black, and occasionally light yellow or red. The shaping process involved striking the stone to create sharp edges, making it an effective tool for hunting and combat. The flint arrowheads unearthed in Keshikchidagh provide valuable information about the hunting practices, warfare techniques, and technological skills of ancient inhabitants. Additionally, these findings offer important scientific clues about the development of early Caucasian cultures and their interactions with other regions.

Название: Кремневые наконечники стрел
Местоположение: Долина курганов Кешикчидаг – Курган Карасой-1
Дата обнаружения: 09.2023
Период: Поздняя бронза – раннее железо (Культура Ходжалы-Гядябей)
Место хранения: Фонд Государственного историко-культурного заповедника «Кешикчидаг»
Кремневые наконечники стрел, найденные в ходе археологических раскопок на территории Кешикчидага, представляют собой важный источник информации о стратегиях охоты и ведения боя древними жителями этого региона. Добыча и обработка кремня происходила как из местных месторождений на территории Азербайджана, так и посредством торговли с соседними регионами.
Кремень с древних времён широко использовался для изготовления различных режущих инструментов и оружия. Этот материал, состоящий преимущественно из диоксида кремния (SiO₂), отличается твёрдостью и хрупкостью, что позволяет при правильной обработке получать острые края. В природе кремень встречается в речных отложениях и горных породах, а его цвет варьируется от серого, коричневого и чёрного до светло-жёлтого и красного оттенков.
Для изготовления наконечников стрел кремень обрабатывался методом отщепления, благодаря чему получались заострённые края. Кремневые наконечники, найденные в Кешикчидаге, предоставляют ценные сведения о навыках древних людей в области охоты, военного дела и технологий обработки камня. Эти находки также играют важную роль в изучении ранних культур Кавказа и их связей с другими регионами.


Spread the love