
Kateqoriya: Xəbərlər


18 Aprel "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" münasibətilə "Keşikçidağ"Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən ağacəkmə aksiyası həyata keçirilmişdir.

Mütəxəssislər ilk öncə qoruq ərazisindən aparılmış elmi tədqiqat və arxeoloji qazıntı işləri nəticəsində aşkarlanmış maddi-mədəniyyət nümunələrindən ibarət müasir tipli stendlə tanış olmuşlar

14.04.2025-ci il tarixində 18 Aprel "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" münasibətilə bölgəmizdə arxeoloji qazıntı işləri aparan bir qrup yerli və xarici mütəxəssislərin iştirakı ilə "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən Keşikçidağ Kurqanlar Vadisinə tur təşkil olunmuşdur.
Ağstafa rayon Dağ Kəsəmən kəndi ərazisində yerləşən Ağalıqtəpə yaşayış məskənində azərbaycanlı və almaniyalı ekspedisiyanın "Keşikçidağ" və "Avey"Dövlət tarix-mədəniyyət qoruqlarının əməkdaşları ilə birgə apardıqları arxeoloji qazıntılardan görüntülər
Novruz bayramı günlərində Bakı sakinlərinin "Keşikçidağ"Dövlət tarix-mədəniyyət qoruğuna ekskursiyasından görüntülər.

Azərbaycanın qərb bölgəsi tarixi və arxeoloji abidələrlə zəngin bir ərazidir.Göytəpə,Tavatəpə yaşayış məskəni, Keşikçidağ mağaralar kompleksi,Damcılı və Daşsalahlı mağaraları kimi əhəmiyyətli abidələrdə mütamadi olaraq yerli alimlərlə yanaşı Yaponiya, İtaliya,Türkiyə və Almaniya dövlətlərindən olan xarici mütəxəssislər elmi tədqiqat və arxeoloji qazıntı işləri aparırlar.

27.03.2025-ci il tarixində Bakı şəhərindən olan bir qrup turist “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində ekskursiyada olmuşlar. Qonaqlar ilk öncə Ali Baş Komandan, cənab İlham Əliyevin burada olması şərəfinə ucaldılmış “İlham Əliyev adına zirvə” ilə tanış olmuş, önündə xatirə şəkli çəkdirmişlər.

"Keşikçidağ"Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən Azərbaycan Respublikasında 2025-ci ilin "Suverenlik və Konstitusiya ili"elan edilməsi ilə bağlı ağacəkmə aksiyası həyata keçirilmişdir.

18 mart 2025-ci il tarixində Ağstafa rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Azərbaycan xalqının qədim adət-ənənələrinin yaşadıldığı və qorunduğu milli bayramlarımızdan olan Novruz bayramı ilə əlaqədar ümumrayon tədbiri təşkil olunmuşdur.

14-17 mart 2025-ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyəta keçirilmiş "Qədim insan məskənlərinin müdafiəsi:təhdidlər və müasir yanaşmalar" adlı beynəlxalq elmi-praktik konfransda "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu öz sərgisi ilə çıxış etmişdir.

"Keşikçidağ"Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, bərpaçı-rəssam Fərhad Fərmanov və Almaniyanın Vütsberq Universitetinin professoru Martin Gruberin iştirakı ilə Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun elmi şurasının iclası keçirilmişdir.

10.03.2025-ci il tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafi və Bərpası üzrə Dövlət Xidməti tərəfindən tərəfindən təsdiqlənmiş 2025-ci ilin birinci yarımili üzrə iş planının icrasına əsasən “Keşikçidağda Novruz adət-ənənələri yaşadılır” adlı tədbir keçirilmişdir.
Yel çərşənbəniz mübarək!

