Qoruq ərazisindəki abidələrin təbliğ olunması məqsədilə qoruq mütəmadi olaraq yerli və #beynəlxalq konfranslarda iştirak edir. Buna müvafiq olaraq qoruğun direktor müavini Lalə Yusifzadə 28 oktyabr 2022-ci il tarixində #Azərbaycan Dövlət #Mədəniyyət və İncəsənət Universitetində keçirilən “Mədəni irsin qorunmasının aktual problemləri” adlı beynəlxalq elmi-praktiki konfransda “Mədəni irsimiz-#Keşikçidağ” adlı məqalə ilə iştirak etmişdir. Məqalə “Beynəlxalq elmi-praktik konfransın materialları” adlı topluda çap edilmişdir. Sonda konfrans təşkilatçıları tərəfindən əməkdaşımıza Sertifikat təqdim olunmuşdur.