Yovşanlıdərə kurqanları

Adı: Yovşanlıdərə kurqanları
Yerləşdiyi ərazi: Ceyrançöl, Keşikçidağ Kurqanlar Vadisi
Aşkarlandığı tarix: 2024-cü ilin qış ayları
Dövrü: Son tunc-erkən dəmir dövrü (Xocalı-Gədəbəy mədəniyyəti)

Yovşanlıdərə ərazisi Ceyrançölün Sarıyoxuşdan Ağgölə uzanan uzun və ensiz çökəklik hissəsini təşkil edir. Ərazinin belə adlanması maldar əhalinin yovşan bitkisinin sxı bitdiyi bu dar zolağa verdikləri adla əlaqədardır. Yovşanlı dərədə kurqan qəbirlər bəzən yanaşı bəzən isə müəyyən aralıq məsafə ilə yerləşirlər. Yovşanlıdərə kurqanları “Keşikçidağda elmi–arxeoloji qazıntılar və yay məktəbi 5“ adlı lahiyə çərçivəsində aparılmış arxeoloji tədqiqatlar nəticəsində aşkarlanmışdır. Yovşanlıdərə kurqanlarında AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfovun rəhbərliyi altında arxeoloji tədqiqatlar aparılmışdır.. Ərazinin belə adlanması maldar əhalinin yovşan bitkisinin sxı bitdiyi bu dar zolağa verdikləri adla əlaqədardır. Yovşanlı dərədə kurqan qəbirlər bəzən yanaşı bəzən isə müəyyən aralıq məsafə ilə yerləşirlər.
Kurqanların diametrləri 16, 18 və 22 m olub, müasir yer səthindən 1-2,5 m hündürlüyə malikdirlər. 3 saylı kurqan torpaq örtüklü, digər iki kurqan isə çınqıl və daş qarışıq torpaqdan tökülmüşdür. 3 saylı kurqanda kurqanalatı mərkəzi qəbir kamerası sadə qurulmuşdur. Qəbir kamerasında insan skeleti ətrafında gil qablar nizmalı olaraq aşkar eilmişdir. 4 saylı kurqanda struktur fərqli olsa da eyni dəfn üslubu və həmdövr arxeoloji avadanlıq aşkar edilmişdir. Hər iki kurqan son tunc-erkən dəmir dövrünə aid olub (e.ə. II minilliyin II yarısı-I minilliyin əvvəli), Xocalı-Gədəbəy mədəniyyətinin xarakterik arxeoloji avadanlığına malikdirlər.
7 saylı kurqan birinci iki kurqandan nisbətən cənubda, hündür təpə üzərində yerləşir. Bu kurqan da çınqıl qarışıq torpaqdan tökülmüş, lakin kurqanaltı qəbir kamerası üzərinə ağır çəkili, plitə formalı dağ-qaya daşları düzülümüşdür. 1,5 m dərinlikdən aşkar edilmiş kurqanaltı qəbir kamerasının uzunluğu şimal-cənub istiqamətində 6 m-dir. Kameranın dərinliyi isə təxminən 1 m-ə yaxındır. Kurqan kamerasında maraqlı dəfn izlənilmişdir. Burada insan skeleti ilə yanaşı, xırdabuynuzlu heyvana və qabana məxsus sümüklər, ata məxsus kəllə, xeyli sayda gil qablar və tuncdan borulu nizə ucluğu aşkar edilmişdir. Kameranın uzunluğu 6 m-ə yaxındır. Həcminə görə çox böyük olan qəbir kamerası və zəngin avadanlıqla müşayiət olunan dəfn çox ehtimal ki, nüfuzlu şəxsə məxsus olmuşdur. Gil qabların demək olar ki hamısı inkrustasiyalı qablardır. Dəfn xüsusiyyətləri və avadanlığı bu kurqanın daha qədim dövrdə, orta tunc dövründə (e.ə. II minilliyin I yarısı) salınmasını söyləməyə əsas verir. 7 saylı kurqanın qazıntısı və əldə edilən tapıntılar onu göstərir ki, ərazidə hələ orta tunc dövründən etibarən dəfnlər icra edilməyə başlamışdır. Bu da indiyədək Keşikçidağ qoruğu ərazisində tədqiq edilmiş son tunc dövrü kurqanlarının xronoloji dövrünü bir qədər də geriyə, yəni daha qədim dövrə çəkməyə imkan verir.
Mütəxəssislərin rəylərinə əsasən əldə olunmuş maddi-mədəniyyət nümunələri – əhəngdaşından dairəvi formalı möhür, tuncdan nizə ucluğu, tunc qolbaq, xüsusi inkrustasiyalı saxsı küplər, obsidian parçaları, “o dünya üçün azuqəlik” heyvan sümükləri və gildən hazırlanmış yun əyricləri bu kurqanların orta tunc dövrünə aid olduğu ehtimal olunur.

Spread the love