MAĞARA № 12

MAĞARA № 12
Dövrü: İlkin orta əsrlər
İnventar
Yerləşdiyi yer: Qatardağ silsiləsi
Keşikçidağ DTMQ
Eni: 3.55
Uzunu: 5.00
Hün: 1.40
Sahəsi: 17.75 m²

Keşikçidağ mağaralar kompleksinin yerləşdiyi ərazidə ilkin yaşayışın izləri minilliklərə gedib çatır. Bu ərazi, təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqazın qədim insan məskənlərindən biri kimi arxeoloji və tarixi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, burada insanlar minilliklər boyu yaşamış, təbiətə uyğunlaşaraq mağaralardan məskən və ibadət yeri kimi istifadə etmişlər. Keşikçidağ silsiləsinin müxtəlif yüksəkliklərində yerləşən mağaralar, təbii və süni şəkildə formalaşmış olub, müxtəlif dövrlərdə insanların yaşayış və dini ehtiyaclarını ödəmək məqsədilə istifadə olunmuşdur. Qatardağ silsiləsində, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun (DTMQ) ərazisində yerləşən 12 nömrəli mağara, bu kompleksin ən maraqlı və diqqətəlayiq nümunələrindən biridir. İlkin orta əsrlərə aid olan bu süni mağara, insan əli ilə dağın içi yonularaq yaradılmışdır. Onun dördbucaqlı quruluşu, məqsədli şəkildə formalaşdırılmış və burada uzunmüddətli yaşayış üçün şərait yaradılmışdır. Mağaranın uzunluğu 5.00 metr, eni 3.55 metr, hündürlüyü 1.40 metr olmaqla, ümumi sahəsi 17.75 m²-dir. Bu ölçülər onu kiçik, lakin funksional bir yaşayış və ya ibadət məkanı kimi xarakterizə etməyə imkan verir.
12 nömrəli mağara isə bu kompleksin ən maraqlı nümunələrindən biridir. Bu mağara süni mağaradır, yəni insan əli ilə dağın içi yonularaq yaradılmışdır. Onun quruluşu dördbucaqlı formadadır və bu, təsadüfi deyil. Belə konstruksiya həm rahatlıq, həm də məqsədyönlü istifadə üçün şərait yaradırdı. Qədim insanlar daş alətlərlə bu mağaranı formalaşdırmış, onun divarlarını yonaraq müəyyən məişət və gündəlik ehtiyaclar üçün uyğunlaşdırmışlar. Burada onların fəaliyyət izləri – divarlarda alət izləri, yonulmuş səthlər və düzəldilmiş müxtəlif strukturlar – bu gün də müşahidə olunur.
Divarlara açılmış yataq yerləri qədim insanların burada uzun müddətli yaşamalarını sübut edir. Onlar bu məkanları sadəcə gecələmək üçün deyil, həm də gündəlik fəaliyyətlərini davam etdirmək üçün istifadə etmişlər. Həmin yataq yerləri və taxçalar, o dövrün yaşam tərzini və ehtiyaclarını əks etdirən arxeoloji göstəricilər kimi mühüm əhəmiyyət daşıyır. Taxçaların isə ehtimal ki, lampa, saxsı qablar və ya dini əşyaların yerləşdirilməsi üçün istifadə edildiyi düşünülür.
Mağaranın divarlarını yonaraq hücrə halına salmışlar. Bu, təkcə yaşayış məqsədi ilə izah olunmur. Bəzi tədqiqatçılar bu cür hücrəvi mağaraların eyni zamanda ibadət və ya təcrid olunmuş dini həyat üçün də istifadə oluna biləcəyini qeyd edirlər. Bu da Keşikçidağ mağaralar kompleksinin təkcə maddi mədəniyyət deyil, həm də mənəvi-mədəni baxımdan zəngin bir irsə sahib olduğunu göstərir. Hücrə formasında təşkil olunan bu məkanlar, sonrakı dövrlərdə xristian monastır həyatının inkişafında da mühüm rol oynamış, bu da Keşikçidağın erkən orta əsrlər dini mərkəzi kimi fəaliyyət göstərdiyini sübut edir.


Spread the love