Mittani (Hurri) Möhürü
Aşkarlandığı yer və tarixi: “Keşikçidağ” kurqanlar vadisi, Sarıyoxuş dərəsi, 2 saylı kurqan-06.2021
Dövrü: Son tunc – erkən dəmir
Saxlandığı yer: “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun fondu
“Keşikçidağ” kurqanlar vadisində 2021-ci ilin yay aylarında AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımov rəhbərliyi ilə göstərilən ərazidə qoruğun maddi-texniki dəstəyi ilə arxeoloji xilasetmə, kəşfiyyat və arxeoloji tədqiqat işləri aparılmışdır. Aparılmış arxeoloji qazıntılar nəticəsində Sarıyoxuş dərəsi, 2 saylı kurqandan zəngin tapıntılar aşkar edilmişdir. Bu tapıntılardan biridə tayfa birliklərinin başçısına məxsus steatit daşından hazırlanmış slindrik möhürdür. Qədim Şərqdə geniş istifadə olunan silindrik möhür üzərində həkk edilmiş təsvirlər Ön Asiyadakı Mitanni (Hurri) imperiyasının ən yüksək inkişaf dövrünün (e.ə. 16-15-ci əsrlərdəki) qliptika (oyma və yonma işi) üslubundadır. Bu cür arxeoloji tapıntılar Mittani imperiyasının incəsənət və zərgərlik ənənələrinin yüksək səviyyəsini ortaya qoyur. Möhürün üzərindəki naxışlar və simvollar, dövrün texniki bacarıqlarını, dini inanc sistemini və siyasi simvolizmini əks etdirir.
Name: Mittani (Hurrian) Seal
Place and Date of Discovery: “Keshikchidagh” Kurgan Valley, Sariyokhush Deresi, Kurgan No. 2 – June 2021.
Period: Late Bronze – Early Iron Age
Storage Location: Fund of the “Keshikchidagh” State Historical-Cultural Reserve
In the summer of 2021, archaeological rescue, survey, and research excavations were conducted in the “Keshikchidagh” Kurgan Valley under the supervision of Dr. Parviz Gasimov, PhD in History, an archaeologist from the Institute of Archaeology and Anthropology of ANAS, with the material and technical support of the reserve. These excavations uncovered valuable artifacts, including a cylindrical steatite seal that likely belonged to a tribal leader. This type of cylindrical seal, commonly used in the Ancient Near East, features engravings in the artistic style of the Mittani (Hurrian) Empire, which flourished during the 16th–15th centuries BCE. Such archaeological finds highlight the advanced craftsmanship and artistic traditions of the Mittani Empire. The seal’s intricate engravings and symbols provide insights into the technical skills, religious belief systems, and political symbolism of that era. This discovery serves as a valuable testament to the connections between the South Caucasus and the Ancient Near Eastern civilizations.
Название: Печать Митанни (Хурритская)
Место и дата обнаружения: Долина курганов «Кешикчидаг», ущелье Сарыёхуш, курган №2 – 06.2021
Период: Поздний бронзовый – ранний железный век
Место хранения: Фонд Государственного историко-культурного заповедника «Кешикчидаг»
Летом 2021 года в долине курганов «Кешикчидаг» под руководством доктора философии по истории, археолога Парвиза Касымова, сотрудника Института археологии и антропологии НАНА, при материально-технической поддержке заповедника были проведены археологические разведочные и спасательные работы. В результате раскопок в кургане №2 ущелья Сарыёхуш были обнаружены ценные артефакты. Одной из наиболее значимых находок является цилиндрическая печать, изготовленная из стеатита, принадлежавшая, предположительно, вождю племенного союза. Цилиндрические печати широко использовались в Древнем Востоке и имели важное административное, религиозное и политическое значение. Гравировка на печати выполнена в стиле глиптики периода наивысшего расцвета митаннийской (хурритской) империи (XVI-XV вв. до н. э.). Подобные археологические находки свидетельствуют о высоком уровне искусства и ювелирных традиций Митанни. Орнаменты и символы, выгравированные на печати, раскрывают технические навыки эпохи, религиозные верования и политическую символику того времени.



