Adı: Obsidian ox ucluğu
Aşkarlandığı yer və tarixi: ” Keşikçidağ” kurqanlar vadisi- Sarıyoxuş dərəsi 1saylı kurqan. 2021-ci il.
Dövrü: Son tunc- erkən dəmir (Xocalı-Gədəbəy mədəniyyəti)
Saxlandığı yer: “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun fondu
Qoruq ərazisində aşkarlanmış obsidian ox ucluqları – bu bölgənin qədim insanlarının ovçuluq, müharibə və gündəlik həyat tərzi haqqında mühüm məlumatlar verən arxeoloji tapıntılar sırasındadır. Obsidianın xüsusiyyətləri və istifadəsi, həmin dövrün texnoloji səviyyəsini və mədəni əlaqələrini anlamağa kömək edir. Obsidian, vulkanik şüşədir və son dərəcə iti kənarlar əldə etməyə imkan verən bir quruluşa malikdir. Bu materialın Keşikçidağ ərazisində tapılması, qədim insanların onu ya yaxın vulkanik bölgələrdən əldə etdiyini, ya da uzaq ərazilərlə ticarət etdiyini göstərir. Obsidian, daş dövründən etibarən silah və alətlərin hazırlanmasında geniş istifadə olunmuşdur. Onun iti kənarları sümük və metal bıçaqlardan belə daha kəsici ola bilərdi. Ovçuluq məqsədilə istifadə edilən obsidian ox ucluqları, heyvanların dərisini asanlıqla deşə biləcək iti kənarları ilə seçilirdi. Müharibə və müdafiə üçün də istifadə oluna bilən bu ucluqlar, düşmənlərə ciddi zərər vermək üçün hazırlanırdı.
Title: Obsidian Arrowhead
Place and Date of Discovery: Keshikchidagh Kurgan Valley, Sariyokhush Deresi Kurgan No. 1, 2021
Period: Late Bronze – Early Iron Age (Khojaly-Gedebey Culture)
Current Location: Fund of the “Keshikchidagh” State Historical-Cultural Reserve
The obsidian arrowheads discovered in the reserve area are significant archaeological findings that provide crucial insights into the hunting, warfare, and daily life of ancient inhabitants of this region. The properties and applications of obsidian help in understanding the technological advancements and cultural interactions of that period.
Obsidian, a naturally occurring volcanic glass, possesses a structure that allows for the creation of extremely sharp edges. The presence of obsidian artifacts in the Keshikchidagh area suggests that ancient people either sourced this material from nearby volcanic regions or engaged in long-distance trade to obtain it. Since the Stone Age, obsidian has been widely used for crafting tools and weapons, often exhibiting sharper edges than bone or even metal blades.
The obsidian arrowheads used for hunting were distinguished by their razor-sharp edges, capable of penetrating animal hides with ease. Additionally, they were employed in warfare and defense, designed to inflict significant damage on enemies.
Обсидиановый наконечник стрелы
Место и дата обнаружения: Долина курганов Кешикчидаг, ущелье Сарыёхуш, курган №1, 2021 год
Период: Поздний бронзовый – ранний железный век (Культура Ходжалы-Гядябей)
Место хранения: Фонд Государственного историко-культурного заповедника «Кешикчидаг»
Обсидиановые наконечники стрел, обнаруженные на территории заповедника, представляют собой важные археологические находки, проливающие свет на охотничий промысел, военные технологии и повседневный быт древних людей региона.
Обсидиан – это вулканическое стекло, обладающее чрезвычайно острой режущей кромкой. Его использование свидетельствует о технологическом уровне древнего общества, а также о его торговых и культурных связях. Наличие обсидиана в районе Кешикчидага указывает на то, что древние люди либо добывали его в близлежащих вулканических районах, либо получали через обмен с отдалёнными регионами.
С древнейших времён обсидиан широко применялся для изготовления оружия и инструментов. Благодаря исключительной остроте его края могли превосходить по режущим свойствам даже кость и металл. Обсидиановые наконечники стрел, предназначенные для охоты, отличались способностью легко пробивать шкуры животных. Они также использовались в сражениях и обеспечивали серьёзные повреждения противнику.

