“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev Çin Xalq Respublikasında təşkil olunan “III Beynəlxalq Mural Forumu”nda

2017- ci ilin 27-29 oktyabr tarixlərində Çin Xalq Respublikasında təşkil olunan  “III Beynəlxalq Mural Forumu”na “Keşikçidağda turizm inkişaf perspektivləri” adlı elmi məruzə göndərilmişdir. Göndərilmiş elmi  məruzə təşkilatçılarda böyük maraq oyatdığından “III Beynəlxalq Mural Forumu”nun gündəliyinə salınaraq  “Keşikçidağ” Dövlət tarix-mədəniyyətqoruğunun direktoru Musa Mursaquliyev və AMEA-nın Memarlıq və İncəsənət institutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə elmləri doktoru, dosent İmaş Hacıyev Çin Xalq Respublikasına dəvət edilmişdirlər. Konfransda iştirakçıların diqqətinə çatdırıldıki, “Keşikçidağ” mağaralar kompleksi tolerant bir ölkə olaraq Azərbaycanda müxtəlif dövrlərdə yaradılmış, fərqli dini etiqadlara xidmət edən abidələrə münasibət həmişə müsbət olmuşdur. Həmin maddi-mədəniyyət nümunələri fiziki təsirlərə məruz qalmasına baxmayaraq, öz tarixi simalarını  indiyədək qoruyub saxlaya bilmişlər. Həmin mədəniyyəti bizlərə miras qoyub getmiş istər atəşpərəstlər, istərsədə xaçpərəstlər mahiyyət etibarıilə eyni məqsədə-mənəvi-əxlaqi kamilliyə canatmış, tanrıçılıq fəlsəfəsini təbliğ edərək, onun carçısı olmuşlar. Mağara-məbədlərin həm müqəddəs yer kimi ziyarət edilməsi, həmdə oraya turistlərin cəlbi dini azadlığın, tolerantlığın təntənəsi olmaqla yanaşı, bu abidələrin dünyaya tanıdılmasında əhəmiyytli olar.

Spread the love