8 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən “Tarix-mədəniyyət abidələrinin qorunması, tədqiqi və təbliğində müasir yanaşmalar” adlı elmi-praktiki konfrans keçirilmişdir. Qoruğun yaradılmasının 15 illiyinə həsr olunmuş konfransda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məsul şəxsləri, Ağstafa rayon İcra Hakimiyyətinin nümayəndələri, “Ağstafa Gənclər evi” Sosial Xidmət Müəssisəsi, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin, həmçinin bölgədə yerləşən qoruqların elmi işçiləri, ekskursiyaçıları, qoruq ərazisində elmi tədqiqat işləri aparmış alimlər, rayon ziyalıları iştirak etmişlər.
Tədbir Ulu Öndər Heydər Əliyevin Ağstafa rayon Heydər Əliyev Mərkəzinin önündə ucaldılmış abidəsinin ziyarət edilməsi ilə başlanılmış, konfrans iştirakçıları Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən muzeylə tanış olmuş, daha sonra isə qonaqlar qoruğa məxsus çap məhsullarından guşə, qoruq ərazisində arxeoloji qazıntılar zamanı aşkarlanmış artefaktlardan ibarət arxeoloji sərgi və fraqmentləşmiş halda aşkarlanmış küplərin bərpası prosesi ilə tanış olmuşlar.
Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov konfransı açıq elan etmişdir. Daha sonra başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni İrsin Qorunması şöbəsinin müdiri Ruslan Ənvərli, Gəncə Regional Destinasiya Menecment Təşkilatının direktor müavini Fariz Qarayev, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin üzvü, Bakı Dövlət Universitetinin dosenti, sənətşünaslıq üzrə elmlər doktoru İmaş Hacıyev, Bakı Dövlət Universitetinin filologiya elmləri doktoru Valeh Nəsibov, “Ağstafa Gənclər evi” Sosial Xidmət Müəssəsinin direktoru Nicat Vəkilov, Ağstafa rayon Ə.Hüseynov adına tam orta məktəbin əməkdar tarix müəllimi İndira Səmədova, “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Səadət Əliyeva, “Qədim Şəmkir şəhəri” tarix-mədəniyyət qoruğunun elmi işçisi Hüseynova Aləmzər və “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun elmi işçiləri öz məruzələriylə çıxış etmişlər. Konfransda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev qoruğun yaradıldığı gündən etibarən bu günədək keçən 15 il ərzində görülən işlərdən, həyata keçirilən layihələrdən bəhs etmişdir.
Konfransın elmi hissəsi yekunlaşdıqdan sonra konfrans iştirakçıları ekskursiya məqsədilə Damcılı mağara düşərgəsinə səfər etmiş, burada yaponiyalı və azərbaycanlı arxeoloqların birgə apardığı qazıntı ərazisi və qazıntılardan aşkar edilmiş eksponatların sərgisi ilə tanış olmuş, daha sonra konfrans iştirakçıları buradakı “Hərəyə bir ağac əkək” adı altında təşkil edilmiş ağacəkmə kompaniyasına qoşulmuşdurlar. Həmçinin konfrans iştirakçıları #Damcılı filialında yerləşən abidələrə ekskursiya etmiş, bu abidələr haqqında qonaqlara ekskursiyaçılar tərəfindən məlumat verilmiş, sualları cavablandırılmışdır.