Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu və Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr "Zəfər Günü"nə həsr olunmuş “Qürurla Yazılan Zəfər” adlı tədbir keçirilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu və Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr “Zəfər Günü”nə həsr olunmuş “Qürurla Yazılan Zəfər” adlı tədbir keçirilib.
Tədbirin əsas məqsədi Zəfər tariximizin gənc nəslə aşılanması, vətənpərvərlik ruhunun gücləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi və milli-mənəvi dəyərlərimizin təbliği olub.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra qoruğun əməkdaşı çıxış edərək 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətindən, xalqımızın qələbə əzmi və milli birliyindən, eləcə də qoruq tərəfindən həyata keçirilən maarifləndirici tədbirlərdən bəhs edib.


Spread the love