Dövlət Qulluqçularının peşə bayramı münasibətilə “ Keşikçidağ “ Dövlət tarix- mədəniyyət qoruğunun əməkdaşları qoruq ərazisində iməclik işləri həyata keçirmişlər.

23 iyun 2016-cı il tarixində Dövlət Qulluqçularının peşə bayramı münasibətilə “ Keşikçidağ “ Dövlət tarix- mədəniyyət qoruğunun əməkdaşları qoruq ərazisində iməclik işləri həyata keçirmişlər. ”İlham Əliyev adına zirvə” istiqamətindəki turist yolunun ətrafı otlardan təmizlənmiş, ərazidəki ağaclar suvarılmışdır. Həmçinin qoruq əməkdaşları burada yerləşən mağaralarda təmizlik işləri həyata keçirmiş və həmin yolu səliqəyə salmışlar.