AMEA-nın alimləri “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu ərazisində tədqiqatlar aparmışlar və bu tədqiqatların nəticəsi olaraq sənədli film hazırlanmışdır.

2010-cu il iyun  ayında Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun rəhbəri Musa Mursaquliyevin təşəbbüsü  ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun ümumi işlər üzrə direktor müavini şərqşünaslıq üzrə fəlsəfə doktoru, dosent  İ.Hacıyev, fəlsəfə elmlər doktoru Yunis Nəsibli, AMEA-nın  Memarlıq və İncəsənət İnsitutunun memarları  fəlsəfə elmlər doktoru Rizvan Qarabağlı və fəlsəfə elmlər doktoru Sabir Əlihüseynli qoruq ərazisində tədqiqatlar aparmışlar və bu tədqiqatların nəticəsi olaraq sənədli film hazırlanmışdır.