Torpaq və Xəritəçəkmə komitəsinin əməkdaşları “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun xəritəsini hazırlamaq üçün qoruq ərazisində olmuşdur.

           2008-ci ilin iyul ayında Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun rəhbəri Musa Mursaquliyevin  təşəbbüsü ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin qoruqlar sektorunun  müdiri Rüfət  Nuriyev, AMEA-nın Arxeologiya və Etnoqrafiya Institutunun aparıcı elmi işçisi, Daş dövrü üzrə tarix elmləri doktoru, Qazax rayonu üzrə ekspedisiyanın rəisi Mansur Mansurov, Torpaq və Xəritəçəkmə komitəsinin Ağstafa rayon üzrə torpaq şöbəsinin müdiri Ələkbər İsgəndərov Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun ilkin xəritəsini hazırlamaq məqsədilə bir neçə dəfə qoruq ərazisində olmuş və qoruğun ilkin xəritəsi hazırlanaraq təsdiqlənmək üçün müvafiq dövlət qürumlarına göndərilmişdir.