Sertifikat

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Dəstəyi ilə 15 iyun – 30 iyul tarixlərində həyata keçirilmiş “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi” adlı layihəmizə uğurla yekun vurulmuş, sonda könüllülərdən ibarət iştirakçılarımıza sertifikatlar verilmişdir. Bu layihəmizin iştirakçılarından olan gənclərimizdən Emil Rəhimov və Nəzrin Cürənli təqdim etmədə iştirak edə bilmədikləri üçün (üzrlü səbəblərdən) “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında onlara Sertifikatları təqdim olunmuşdur.

Qeyd edək ki, Emil Rəhimov Azərbaycan Dövlət İqtisad Universitetinin Dizayn işi fakültəsində təhsil alır. Nəzrin Cürənli III ixtisas qrupu üzrə imtahandan 618 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və İctimai münasibətlər fakültəsinə qəbul olunub.

Kollektivimiz adından hər iki gəncimizə gələcək işlərində uğurlar arzulayırıq.